Hakan Çalhanoğlu: "Bavariya" məni transfer etmək istəyirdi"

"İnter"in türkiyəli futbolçusu Hakan Çalhanoğlu jurnalistlərə müsahibəsində "Bavariya" klubunun onu transfer etmək istədiyini söyləyib.

Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, H.Çalhanoğlu müsahibəsində bu fikirləri səsləndirib;

"Bavariya" ötən yay məni transfer etmək istəyirdi. Menecerimə dedim ki: "İnter"lə danış, çünki son qərarı onlar verəcək. Bu klubu sevirəm. Karyeramı "İnter" forması ilə bitirmək istəyirəm", - deyə Hakan Çalhanoğlu bildirib.

Qeyd edək ki, Hakanın "İnter"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

30 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 40 milyon avrodur.

H.Çalhanoğlu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 5 qol və 2 asistlə yadda qalıb.