Hakan Çalhanoğlu "İnter"də ayın futbolçusu seçilib
Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu İtaliya təmsilçisi "İnter"də ayın futbolçusu seçilib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi azarkeşlərin səsverməsinə əsasən ən yaxşı oyunçu adına layiq görülüb.
O, noyabr ayında UEFA Çempionlar Liqasında "Arsenal"a , A Seriyasında isə "Napoli"yə qarşı matçlarda uğurlu çıxışı ilə yadda qalıb.
Qeyd edək ki, H.Çalhanoğlu qitənin ən nüfuzu klub turnirində "Arsenal"la yanaşı, “Leyptsiq”lə qarşılaşmada fərqlənməyi bacarıb.