Hakan Çalhanoğlu: “Komanda yoldaşlarım mənə qulaq asmadı”
“İnter”in türkiyəli futbolçusu Hakan Çalhanoğlunun “Yuventus”la keçirilən matç əsnasında komanda yoldaşları onun göstərişinə əməl etməyib.
Sportline.az “Sky İtalia” kanalına istinadən xəbər verir ki, H.Çalhanoğlu “İnter”in futbolçularına bu sözləri söyləyib;
“Kenan Yıldıza nəfəs almağa belə imkan verməyin. O çox güclü futbolçudur. Mənim bu sözümü ciddiyə almadılar. Kenan bizə qarşı 2 qol vurdu. Matç bitdikdən sonra komanda yoldaşlarım mənə sən haqlısan dedilər. Kenan Yıldız böyük futbolçu olacaq. Bundan şübhəm yoxdur”, - deyə Hakan Çalhanoğlu bildirib.
Qeyd edək ki, “İnter” – “Yuventus” matçı məhsuldar heç-heçə ilə başa çatıb. 4:4