“Hakimlər çirkin oyuna icazə verirlər”
Robert Levandovski La Liqa haqqında tənqidi fikirlər səsləndirib.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı ulduz hücumçu La Liqa klublarından bəzilərini ədalətli oynamamaqda günahlandırıb:
"Barselonaya gələndə daha texniki bir liqa ilə qarşılaşacağımı gözləyirdim, amma burada çox müdafiədə oynayan komandalar var, qayda pozuntuları etməyə çalışırlar. Hakimlər də bu çirkin oyuna icazə verirlər. Onlar daha çox hücum futbolunu təşviq etməlidirlər."
Qeyd edək ki, polşalı hücumçu bu mövsüm "Barsa" ilə La Liqada 26 oyuna çıxıb, 24 qola töhfə verib ( 22 qol, 2 qol ötürməsi).