Hakimlərimiz Praqaya yollanıblar
Həndbol hakimləri Ləman Həmidova ilə Aydan Hüseynova Avropa Həndbol Federasiyasının gənc hakimlər üçün təşkil etdiyi kurslara qatılıblar.
AHF-dən Sportline.az-a verilən məlumata görə, Azərbaycan Yüksək Liqasının hakimləri aprelin 5-dən 12-dək Çexiya paytaxtı Praqada keçiriləcək seminarda iştirak edəcəklər.
Yeniyetmələr arasında beynəlxalq turnir çərçivəsində təşkil olunacaq kurslarda fərqlənən hakimlər EHF-nin növbəti seminarlarında iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, beynəlxalq seminar fiziki testlər, oyun qaydaları və hakimlik metodikası üzrə keçiriləcək.