Hakimlərimiz yeni təyinat aldılar
Beynəlxalq dərəcəli həndbol hakimləri Emil Ağakişi və Ernest Ağakişi növbəti təyinat alıb.
Sportline.az saytına Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, təmsilçilərimiz, kişi həndbolçuların EHF kuboku turnirində görüş idarə edəcəklər.
Söhbət “KPR Qvardiya Opole” (Polşa) – “SL Benfika” (Portuqaliya) matçından gedir.
Fevralın 29-da Polşanın Opole şəhərində keçiriləcək oyunun EHF nümayəndəsi litvalı Tadas Jansonas olacaq.