Hakimlərimiz yeni təyinat alıblar
Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest Ağakişi və Emil Ağakişi növbəti təyinat alıb.
Sportline.az xəbər verir ki, təmsilçilərimiz, qadın həndbolçuların Avropa Həndbol Federasiyası (EHF) kuboku turnirinin qrup mərhələsində oyun idarə edəcəklər.
Söhbət Rusiyanın “Lada” və Norveçin “Storhamar” komandalarının görüşündən gedir. Yanvarın 25-də, Tolyatti şəhərinin “Olimp” idman kompleksində keçiriləcək qarşılaşmanın EHF nümayəndəsi bolqarıstanlı Mixail Başev olacaq.