Həbibin atası belə dəfn olundu

UFC çempionu Həbib Nurmaqomedovun iyulun 3-də koronavirusdan vəfat edən atası Abdulmanap Nurmaqomedovun Dağıstanda dəfn mərasini keçirilib.

Sportline.az xəbər verir ki, ailə üzvlərinin xahişinə baxmayaraq, mərasimə xeyli insan qatılıb. Çeçenistan Prezidenti Ramzan Kadırov da visa mərasimində iştirak edib.

O, Həbibə yaxınlaşaraq ona başsağlığı verib və bağrına basıb.