Həbsdən çıxıb milliyə qayıtmaq istəyən futbolçu kimdir?

"Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud bundan sonra İngiltərə yığmasına çağırılmayacaq.

Sportline.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin məlumatına görə, həbsdən yenicə çıxan Qrinvud karyerasını millidə davam etdirmək istəyir, lakin İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt buna qarşıdır.

Bildirilib ki, Sautqeyt təkcə futbolçunun istedadına deyil, həm də komandada münasibətlərin necə inkişaf etdiyinə böyük əhəmiyyət verir. 

Anası Yamaykadan olan Qrinvud bu ölkənin millisini seçə bilər. 

Qeyd edək ki, sevgilisini zorlamaqda. ona şiddət göstərməkdə şübhəli bilinən 21 yaşlı hücumçu ötən ilin yanvarından oktyabrına qədər həbsdə olmuşdu.