Həftənin ən yaxşı oyunçusu adına namizədlər

Avropa Liqasının və Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, hər iki turnirdə həftənin ən yaxşısı adına 4 namizəd var.

Avroliqada bu ada Orkun Kökçü ("Feyenoord", Niderland), Kazemiro ("Mançester Yunayted", İngiltərə), Antonio Adan ("Sportinq", Portuqaliya) və Lazare Amani ("Yunion", Belçika) namizəd göstərilib.

Konfrans Liqasında isə Gift Emmanuel Orban ("Gent", Belçika), Yesper Karlsson (“Alkmaar”, Niderland), Bart Verbruggen ("Anderlext", Belçika) və Carrod Bouen ("Vest Hem", İngiltərə) namizəddirlər.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsinə görə müəyyənləşəcək.