Həftənin ən yaxşısı adına namizədlər

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, "Yunion" klubundan Viktor Bonifase, "Mançester Yunayted"dən Marsel Zabitser, "Feyenord"dan Orkun Kökçü və "Yuventus"dan Federiko Qatti bu ada namizəddir. 

Konfrans Liqasında isə Fransanın "Nitsa" klubundan Terem Moffi, İsveçrə "Bazel"indən Zeki Amduni, Belçika "Gent"indən Alessio Kastro-Montes və İtaliya "Fiorentina"sından Nikola Milenkoviç bu ada layiq görülə bilər. 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.