"Həftəsonu qadağaların olması çempionata təsir edəcək"
"Məşqlərin bərpa olunması bizi sevindirir. Hamı ilk futbola başladığı gün kimi sevinclə çalışır. Komanda üzvləri çox həvəslidir".
Sportline.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib.
Premyer Liqa komandalarından yalnız "Qəbələ" bölgədə olduğu üçün məşq edə biləcək. Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu məsələ ilə bağlı bunu söyləyib: "İcazə versəydilər, biz də Qəbələdə qalıb məşq edərdik (gülür).
Forvard xüsusi karantin dönəmində çəki ilə bağlı problem yaşamadığını vurğulayıb: "Kökəlmək mənə yad olan xüsusiyyətdir. Əksinə karantin dönəmində 1 kilo arıqlamışam. Sadəcə hazırda öz formamdan uzağam. İnanıram ki, bu da zamanla düzələcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasını
n iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib və 13-15 iyunda da tətbiqi nəzərdə tutulur.