"Hələ tam hazır deyiləm" - "Neftçi"nin legioneri
"Neftçi"nin futbolçusu Eddi İsrafilov klubun televiziyasına açıqlama verib.
Sportline.az xəbər verir ki, yarımmüdafiəçi komandanın "Şamaxı" ilə oyuna hazırlığını dəyərləndirib:
"Hazırlıq yaxşı gedir, hər şey qaydasındadır. Hələ tam hazır deyiləm. Daha da artırmalıyam. Yavaş-yavaş hiss edirəm ki, tam formama gəlirəm".
Eddi yarımmüdafiəçi Ataa Caberin yoxluğunun komandaya təsirindən söz açıb:
"Zədələr də futbolun bir hissəsidir. Komanda sırf bir oyunçudan asılı olmalı deyil. Komanda oyunu nümayiş etdirib, yaxşı nəticələr əldə etməyə çalışacağıq".
Martın 12-də keçiriləcək "Şamaxı" - "Neftçi" oyunu saat 15:00-da başlayacaq.