Həndbol: Azərbaycan çempionatına yekun vuruldu
Kişi həndbolçuların ardınca, qadın həndbolçuların Azərbaycan çempionatına da yekun vurulub.
Sportline.az xəbər verir ki, son turun görüşlərində “Azərsu” “İdman Akademiyası”na 36:23 hesabı ilə qalib gəlib. Tbilisinin “Olimpiya” komandasının keçirdiyi iki oyunda isə, bu nəticələr qeydə alınıb: “Olimpiya” – “Gənclər Birliyi” 31:14, “İdman Akademiyası” – “Olimpiya” 32:26.
Xatırladaq ki, bu mövsüm çempion adına, qızıl medalları vaxtından əvvəl təmin edən “Azəryol” layiq görülüb. “Azərsu” gümüş, “Qarabağ” komandası isə bürünc mükafata sahib çıxıb.