Həndbol Federasiyasından dəyişiklik

Qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatlarının başlama tarixində dəyişiklik edilib. Həndbol Federasiyasından SportLine.az saytına verilən məlumata görə, uzun fasilədən sonra gərgin mübarizə vəd edən yarış fevralın 16-da start götürəcək.

Belə ki, qurum öncə çempionatın fevralın 17-də keçirilməsini açıqlasa da, qeyri-müəyyən səbəbə görə tarixi dəyişib. Qərara alınıb ki, fevralın 16-da start götürəcək yarış ayın 22-də başa çatdırılsın.

Çempionatın açılış mərasimi isə ilk turun oynanılacağı gün saat 13:30-da olacaq.

Qeyd edək ki, birincilikdə “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ” qadınların yarışında çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə “Təhsil”, “Məhsul”, RİOEUGİM-in 2 və 12 saylı məktəbləri güclərini yoxlayacaqlar.