Həndbol hakimləri mükafatlandırıldı

Karyeralarını başa vurmuş həndbol hakimlərimiz Vaqif Əliyevlə Ələkbər Ağakişiyev  Beynəlxalq Həndbol Federasiyasının diqqətindən kənarda qalmayıb.

Azərbaycan Həndbol Federasiyasından Sportline.az saytına verilən xəbərə görə, onlar ali idman qurumu tərəfindən fəxri diplom və qızıl döş nişanına layiq görülüblər.