Həndbol hakimləri üçün seminar təşkil olunacaq

25-26 may tarixlərində Azərb­aycan Həndbol Federa­siyası tərəfindən ha­kimlər üçün ikigünlük seminar keçiriləcə­k.

Federasiyadan Sportline.az saytına verilən məlumata görə, Bədən Tərbiyəsi və İdman Akademiyasında ​təşkil olunacaq se­minar saat 10:00-da başlanacaq.

“Oyun Qa­ydaları”na edilmiş dəyişikliklər haqqında məlumat veriləcək seminarda, həmçinin ən son yeniliklər iş­tirakçıların diqqəti­nə çatdırılacaq.