Həndbol hakimlərimiz Çempionlar Liqasında

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər.

Sportline.az xəbər verir ki, söhbət qadın həndbolçuların Çempionlar Liqası turnirindən gedir. Referilər Ernest və Emil Ağakişi Rusiyanın SSKA və Xorvatiyanın “Podravka Vegeta” komandalarının görüşünə təyinat alıblar. Onlar B qrupunun Moskvanın “Dinamo” arenasında təşkil olunacaq oyunlarda ədaləti qoruyacaqlar. İlk qarşılaşma yanvarın 31-nə, cavab matçı isə, fevralın ilk gününə təyin olunub. Referilərimiz hər iki oyunda komandaları meydançaya çıxaracaqlar.  

Qeyd edək ki, bu görüşlər ötən ilin noyabr ayında keçirilməli idi. Amma, "Podravka Vegeta“nın həndbolçularından birində koronavirus aşkarlandığına görə oyunlar təxirə salınmışdı.

Xatırladaq ki, bu, Ernest və Emil Ağakişi qardaşlarının Avropa Həndbol Federasiyasının bayrağı altında keçirilən turnirlərə ilk təyinatı deyil. Sözügedən həndbol hakimlərimizin yetirincə beynəlxalq təcrübəsi var.