Həndbol hakimlərimiz yeni təyinat alıblar

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər. Söhbət Avropa Həndbol Federasiyası kuboku uğrunda turnirdən gedir.

Sportline.az xəbər verir ki, referilər Ernest və Emil Ağakişi Rusiyanın qadınlardan ibarət  “Lada” və Norveçin "Storhamar"  komandalarının görüşünə təyinat alıblar. Onlar Tolyatti şəhərinin “Olimp” arenasında təşkil olunacaq görüşdə söz sahibi olacaqlar. Gərgin mübarizə vəd edən qarşılaşma fevralın 20-də keçiriləcək.

Xatırladaq ki, bu, Ernest və Emil Ağakişi qardaşlarının Avropa Həndbol Federasiyasının bayrağı altında keçirilən turnirlərə növbəti təyinatıdır. Sözügedən həndbol hakimlərimizin yetirincə beynəlxalq təcrübəsi var.