Həndbol millisi İslamiadaya qələbə ilə başladı
Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi Oyunları davam edir.
Sportline.az xəbər verir ki mükafatlara namizədlərdən sayılan qadın həndbolçulardan ibarət millimiz ilk oyunda Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib meydana çıxmadığından millimizin aktivinə qələbə yazılıb.
Avqustun 9-da Əfqanıstan seçməsi ilə üz-üzə gələcək komandamız, qrup mərhələsinin avqustun 11-də olacaq son turunda İran kollektivi ilə görüşəcək.
Kişi həndbolçulardan ibarət milli mübarizəyə avqustun 10-da Türkiyə komandasına qarşı oyunla start verəcək. Avqustun 12-də isə, həndbolçularımız İran millisi ilə qarşılaşacaqlar.
Həndbol yarışlarında yarımfinal görüşləri avqustun 13-də, mükafatlar uğrunda oyunlar avqustun 14-də olacaq.
Xatırladaq ki, Konyada keçiriləcək mötəbər yarışa avqustun 18-də yekun vurulacaq.
Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi Oyunları davam edir. Mükafatlara namizədlərdən sayılan qadın həndbolçulardan ibarət millimiz ilk oyunda Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib meydana çıxmadığından millimizin aktivinə qələbə yazılıb.