Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olub
Həndbol üzrə Azərbaycan çempionatında ikinci turun oyunları keçirilib
Sportline.az xəbər verir ki, martın 26-da qadınlardan ibarət komandalar iki, kişi həndbolçular isə üç dəfə meydana çıxmaqla, ümumilikdə beş oyun keçirilib.
Turun birinci görüşündə “Təhsil” komandası ilə üz-üzə gələn “Bakı” klubu 33:29 hesabı ilə qələbə qazanıb. Digər qarşılaşmalarda “Azəryol” “Qarabağ”ı 32:22, U18 İdman Akademiyası “Gənclər Birliyi”ni 43:18 hesabı ilə məğlub edib. “Azərsu” və “İdman Akademiyası” arasında keçirilmiş oyunda isə heç-heçə qeydə alınıb - 24:24.
Çempionatın gərgin keçən sonuncu matçında U -16 komandası “Məhsul”a 33:29 hesabı ilə qalib gəlib.
Martın 27-də kişilər arasında yarış çərçivəsində “Bakı”–U-16, “Məhsul” – U18 İdman Akademiyası, “Təhsil“ - ”Gənclər Birliyi” görüşləri olacaq.
Qeyd edək ki, ikinci turun oyunları ərəfəsində bütün komandalara Azərbaycan Həndbol Federasiyası tərəfindən toplar hədiyyə olunub.