Həndbol üzrə Azərbaycan çempionunun adı məlumdur

Kişi həndbolçuların Azərbaycan çempionatına yekun vurulub.

Sportline.az xəbər verir ki, son turda diqqətlər “Bakı” – “Məhsul” görüşünə yönəlmişdi. Çempionluğa əsas namizədlərin qarşılaşması gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalıb. Oyun 26:19 hesabı ilə “Bakı”nın xeyrinə nəticələnsə də, bu, çempionluq üçün yetərli olmayıb. Topların ümumi sayında rəqibini 1 top fərqi ilə qabaqlamağı bacaran “Məhsul” yarışın baş mükafatına sahib çıxıb.

Yarış cədvəli baxımından elə də əhəmiyyət daşımayan U16 – “Təhsil” görüşü isə 20:29 hesabı ilə başa çatıb.

Beləliklə, 12 turdan ibarət ölkə çempionatını “Məhsul” 1-ci, “Bakı” 2-ci, “Təhsil” 3-cü, U-16 isə 4-cü pillədə başa vurub.

Qeyd edək ki, “Məhsul” komandası, bu mövsüm Azərbaycan kubokuna da sahib çıxıb.