Həndbol üzrə Azərbaycan kuboku turniri başlanır

Dekabrın 15-də həndbol üzrə Azərbaycan kuboku uğrunda turnir başlanacaq. Sportline.az xəbər verir ki, qadınlardan və kişilərdən ibarət komandaların qatılacağı yarışın ilk günündə  “Gənclər Birliyi”  -  “İdman Akademiyası”, “Məhsul”  -  RİOEUGİM,Nur”  -  “Azərsu”, “Təhsil” isə,  “Bakı” ilə qarşılaşacaq.

Dekabrın 16-da keçiriləcək oyunlarda “Qarabağ” -  “İdman Akademiyası”na, RİOEUGİM  “Təhsil”ə, “Azərsu”  “Azəryol”a, “Bakı” “Məhsul”a rəqib olacaq.

Dekabrın 17-də isə, “Gənclər Birliyi”  -  “Qarabağ”, RİOEUGİM  -  “Bakı”, “Nur”  -  “Azəryol” və “Məhsul”  -  “Təhsil” görüşləri ilə ilk mərhələyə yekun vurulacaq.

Azərbaycan kuboku uğrunda mübarizənin növbəti mərhələsi 2018-ci ilin mart-aprel aylarında olacaq.