Həndbol üzrə Azərbaycan millisi Ermənistan seçməsinə aman vermədi
Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların ikinci çempionatı davam edir. Sportline.az saytına Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, ilk oyunda Andorra seçməsinə 31:23 hesabı ilə qalib gələn millimiz, bu gün Ermənistan komandasına aman verməyib. Matçın ilk hissəsi həndbolçularımızın böyük hesablı üstünlüyü ilə yekunlaşıb - 21:07.
Təziqi azaltmayan millimizin əvəzedici heyəti, ikinci hissəni 18:14 hesabı ilə başa vurub. Beləliklə, həndbolçularımız prinsipial rəqib üzərində 39:21 hesabı ilə inamlı qələbə qazanıblar. Xatırladaq ki, 15 ölkənin qatıldığı turnirdə Bolqarıstanla yanaşı Azərbaycan, Türkiyə, Albaniya, Andorra, Böyük Britaniya, İrlandiya, Moldova, Malta, Kipr, Gürcüstan, Kosta-Rika, Farer adaları, Lüksemburq və Ermənistan komandaları mübarizə aparır.
16-24 yaşarası gənclərin yarışdığı turnir Qabrova və Tarnova şəhərlərində keçirilir. Yarışa iyunun 18-də yekun vurulacaq.