Həndbol üzrə millimiz hazırlığı davam etdirir
Kişilərdən ibarət həndbol millimiz daha bir ciddi sınaq qarşısındadır.
Sportline.az Azərbaycan Həndbol Federasiyasına istinadən xəbər verir ki, seçmə komandamız iyun ayında Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq mötəbər yarışa hazırlaşır. Söhbət Avropa Həndbol Federasiyasının "Trofi" turnirindən gedir. Komandamızın yarışa hazırlığı yüksək səviyyədə davam edir. Bakıda start verilən təlim- məşq toplanışını başa vuran həndbolçularımız mayın 5-dən etibarən Gürcüstan paytaxtındadırlar. Baş məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə Tbilisiyə yollanan milli, mayın 21-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yerli komandalarla yoxlama görüşlərində də qüvvəsini sınayır.
Xatırladaq ki, bütün bunlar Tbilisidə təşkil olunacaq "Trofi" turnirində ölkəmizi layiqincə təmsil etmək məqsədi daşıyır. 14-19 iyun tarixlərində keçiriləcək yarışda komandamızın rəqibləri Böyük Britaniya, İrlandiya, Bolqarıstan, Gürcüstan, Kipr, Moldova, Malta və Ermənistan seçmə komandaları olacaq.