Həndbol üzrə növbəti Azərbaycan çempionatı başlanır
Həndbol üzrə növbəti Azərbaycan çempionatına hazırlıq planı müzakirə olunub
Azərbaycan Həndbol Federasiyasından Sportline.az saytına verilən məlumata görə, bu gün XXVIII Azərbaycan Çempionatına hazırlıq işlərinə dair iclas keçirilib.
İclasda Azərbaycan Həndbol Federasiyasının nümayəndələri, hakimlər və məşqçilər iştirak ediblər.
Azərbaycan Həndbol Federasiyasnın ofisində keçirilən iclasda ölkə çempionatına hazırlıq, çempionatın təşkili məsələləri və yeni qaydalarla bağlı məlumat verilib.
İclas zamanı 2021-2022-ci illər üzrə Azərbaycan çempionatının I dövrəsinin keçiriləcəyi tarix və məkan diqqətə çatdırılıb. Bildirilib ki, martın 20-də start götürəcək yarışlar Şağan Olimpiya İdman Kompleksində keçiriləcək. Həmçinin, iştirak edəcək qadın və kişi komandaların adları açıqlanıb. Ümumilikdə 4 qadın ("Azəryol2, "Azərsu", "Qarabağ", "İdman Akademiyası") və 6 kişi ("Bakı", "Məhsul", "Təhsil", "U-18 İdman Akademiyası", U-16, "Gənclər Birliyi") komandaların çıxış edəcəyi qeyd olunub.
Yarışların püşkü atıldıqdan sonra komandalara yeni geyim formaları təqdim olunub.