Həndbol üzrə ölkə çempionatında III tura yekun vurulub

Bu gün kişi həndbolçuların Azərbaycan çempionatında 3-cü turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Bakı” komandası U-16  üzərində çətinlik çəkmədən qələbə qazanıb - 38:24.
Digər oyunda U-18 İdman Akademiyası ilə qarşılaşan “Məhsul” həndbolçuları meydanı 30:15 hesablı məğlubiyyətlə tərk ediblər.
Turun son qarşılaşmasında "Təhsil" klubu "Gənclər Birliyi" kollektvinə böyük hesabla qalib gəlib - 42:19.  
Qeyd edək ki, ölkə çempionatının aprelin 2-nə təyin olunan 4-cü turunda  U-18 İdman Akademiyası – “Bakı”, “Azərsu”-“Qarabağ”, “Gənclər Birliyi”- “Məhsul”, “İdman Akademiyası” - “Azəryol”, U-16 - "Təhsil" görüşləri  keçiriləcək.