Həndbol üzrə ölkə çempionatında növbəti oyunlar olub
Kişi həndbolçuların respublika çempionatında mübarizə davam edir.
Sportline.az xəbər verir ki, yarışın 6-cı turu favoritlərin qələbəsi ilə yadda qalıb. Son ölkə çempionu “Məhsul”, autsayder U-18 komandası ilə görüşdə ciddi müqavimətlə üzləşməyib. Rəqibi bütün göstəricilərdə üstələyən “Məhsul” 32:22 hesabı ilə qalib gəlib.
“Bakı” – “Təhsil” matçında nominal ev sahibinin imkanları daha yüksək qiymətləndirilirdi. Çempionluq uğrunda mübarizə aparan “Bakı”, xal ehtiyatını artırmaq fürsətini qaçırmayıb. Təcrübəli rəqibin kəskin hücumlarını dəf etməkdə çətinlik çəkən “Təhsil” həndbolçuları, növbəti məğlubiyətlə barışmalı olublar – 30:18.
Bu qələbə ilə xal sayını 10-a çatdıran “Bakı” yarış cədvəlinə başçılıq edir. Eyni xala malik “Məhsul” ikinci pillədə qərarlaşıb. 3 xalı olan “Təhsil” 3-cü yerin sahibidir. Autsayder U-18-in aktivində isə 1 xal var.