Həndbol yarışları da dayandırıldı

Azərbaycanda həndbol idmanı üzrə keçirilən bütün yarışlar dayandırılıb.

Bu haqda Sportline.az saytına Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

Bildirilib ki, bu addım, koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar atılıb.

Qeyd edək ki, yarışlar qeyri-müəyyən vaxta qədər təxirə salınıb.