Həndbolçu qızların beynəlxalq turnirdə ilk qələbəsi

2002-2003-cü il təvəllüdlü qızlardan ibarət həndbol seçməmiz, Rusiyanın Krasnodar şəhərində keçirilən beynəlxalq turnirdə ilk qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, komandamızın növbəti rəqibi Minskin eyni yaş qrupunu təmsil edən kollektivi olub. Belarus həndbolçuları ilə maraqlı mübarizədən Azərbaycan komandası qalib ayrılıb - 25:21. Xatırladaq ki, həndbolçularımız beynəlxalq turnir çərçivəsində keçirdikləri əvvəlki oyunlarda, eyni yaş qrupundan olan Moskva komandasına 19-27, Krasnodar kolektivinə 24:25 hesabı ilə uduzublar. Krasnodar şəhərinin 2002-ci il təvəllüdlü qızlardan ibarət komandası ilə görüşdə isə qalib müəyyənləşməyib - 22:22.

Beynəlxalq yarışa fevralın 12-də yekun vurulacaq.