Həndbolçularımız beynəlxalq turnirdə gümüş medal qazanıblar

Həndbolçularımız Rusiyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Sportline.az xəbər verir ki, Həştərxan şəhərində, ikiqat olimpiya çempionu Vasili Kudinovun xatirəsinə həsr olunan yarışda, 2002-2003-cü il təvəllüdlü oğlanlar bacarıqlarını göstəriblər.

Azərbaycan seçməsi 6 komandanın qatıldığı turnirdə topladığı 8 xalla ikinci yeri turub. “Moskva-1” komandası 1-ci, “Sankt-Peterburq-1” kollektivi isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, komandamızın xatirə turnirində iştirakı, Çernoqoriyada keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyıb.