Həndbolçularımızın İslamiadada oyun cədvəli

İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək həndbol üzrə seçmə komandalarımız bu gün Türkiyəyə yola düşüb. Sportline.az xəbər verir ki, həndbolçularımız mübarizəyə avqustun 7-də qoşulacaqlar. Həmin gün qadınlardan ibarət milli Kamerun seçməsi ilə üz-üzə gələcək. Avqustun 9-da Əfqanıstan komandası ilə qarşılaşacaq komandamız, qrup mərhələsinin avqustun 11-də olacaq son turunda İran kollektivi ilə görüşəcək.

Kişi həndbolçulardan ibarət seçməmiz mübarizəyə avqustun 10-da Türkiyə komandasına qarşı oyunla start verəcək. Avqustun 12-də isə, həndbolçularımız İran millisi ilə qarşılaşacaqlar.

Həndbol yarışlarında yarımfinal görüşləri avqustun 13-də, mükafatlar uğrunda oyunlar avqustun 14-də olacaq.

Xatırladaq ki, Konyada keçiriləcək mötəbər yarışa avqustun 18-də yekun vurulacaq.