"Hər oyuna start heyətdə çıxmağa layiqdir"
Hər ötən turda çıxışı ilə diqqətləri üzərinə çəkən "Napoli"nin müdafiəçisi Kim Min Je yenidən gündəmdədir.
Sportline.az xəbər verir ki, bu dəfə klubun baş məşqçisi Lusiano Spalletti koreyalı futbolçunu tərifləyib:
"Həyatımda Kim Min Je qədər bacarıqlı az futbolçu gördüm. Həm inanılmaz futbolçudur, həm də çox aqressivdir. Hər oyuna start heyətdə çıxmağa layiqdir".