"Hər şey plana uyğun şəkildə oldu" - Roman Qriqorçuk
"Bu gün oyun vaxtını futbolçular arasında bölmüşdük ki, istədiyimiz kimi uğurlu da alındı".
SportLine.az xəbər verir ki, bunu Türkiyənin Antalya şəhərində keçirilən "Qəbələ” – "Rabotniçki” oyunundan (2:1) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk yoxlama görüşü haqda fikirlərini açıqlayarkən deyib:
"Milli komandanın üzvlərinə daha çox oynamaq imkanı verdik. Çünki onlar yığmaya tam qaydasında yollansınlar. Yanvarın 27-də keçirəcəyimiz matçda onlar az şans verəcəyik. Ola bilər ki, bu oyunçulara istirahət də verək. Onlar ayın 30-da meydana çıxacaq və bir matçdan sonra geri dönəcək. "Rabotniçki” ilə matça gəlincə, qarşılaşmada yetərincə məlumat əldə etdik. Yoxlama matçlarında belə olur.
Bu gün müsbət məqam daha çox idi. Əlbəttə ki, səhvlər də oldu. Ümumilikdə hazırlıq öz qaydasında gedir. Bu oyunun əvvəlki iki matçdan aşkar fərqləndiyini deməzdim. Amma ümumilikdə yaxşı oyun oldu. Həmin matçlarda da imkanlarımız olmuşdu. Müsbət məqam kimi onu qeyd edərdim ki, bütün futbolçuları meydanda görə bildik. Bunu əvvəl gerçəkləşdirə bilmirdiksə, bu dəfə hər şey plana uyğun şəkildə oldu. Bu da müsbət məqamdır”.
"Qəbələ" Futbol Klubunun məlumatı