Hərbi salama görə klubdan uzaqlaşdırıldılar
Hərbi salam verdiyi üçün futbolda türk əsilli futbolçulara tətbiq edilən sərt və qalmaqallı qərarlar başqa idman növlərinə də sirayət edib.
Sportline.az xəbər verir ki, Türkiyənin həndbol milli komandasının əsas oyunçularından Durmuş Əli Tınkır və Yunus Özmusulun hərbi salam verdikləri əsas gətirilərək Yunanıstanda oynadıqları kulub tərəfindən müqavilələri ləğv edilib.
"Olimpiakos” həndbol komandası 2021-ci ildə keçiriləcək həndbol üzrə dünya çempionatının seçmə mərhələsində milli komanda formasıyla hərbi salam verdiyi üçün Tınkırla müqaviləyə son verib. Yunanıstanın AEK komandasında qapıçılıq edən Yunus Özmusul da heyətdən kənarlaşdırılıb. AEK Yunus Özmusul haqqında hələ ki rəsmi qərarını açıqlamayıb.