"Herta" və "Srvena Zvezda"nın futbolçuları millimizdə
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına hazırlaşır.
Sportline.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, millinin hazırlıq planı bəlli olub.
17 yaşlılar sentyabrın 3-dən 7-dək Bakıda, sentyabrın 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Toplanışda 22 futbolçu dəvət olunub. Heyətə cəlb olunacaq futbolçular arasında ölkə xaricində çıxış edənlər də var:
1. Məhdi Həsənov - Neftçi
2. Rauf Əyyubov - Sabah
3. Həzrət Səmədov - Sabah
4. Elşən Atakişiyev - Neftçi
5. Fərid Cabbarlı - Zirə
6. Əlibəy Mahmudov - Sabah
7. Tunar Muradov - Sabah
8. Kamil Məmmədov - Neftçi
9. Rəvan Teymurov - Qarabağ
10. Zeyd Nəsirulla - Herta Zehlendorf, Almaniya
11. Murad Qurbanov - Zirə
12. İbrahim Xəlilov - Sabah
13. Elvin Vəliyev - Neftçi
14. Vusal Kərimov - Neftçi
15. Nihad İsaqov - Kəpəz
16. Əli Qazibəyov - Qarabağ
17. Abdulaziz Cabbarlı - Qarabağ
18. İbrahim Babayev - Servette, İsveçrə
19. Nihat İsgəndərov - Qarabağ
20. İslam Həsənov - Srvena Zvezda, Serbiya
21. Əli İbrahim - Qarabağ
22. Elnur Abdullayev - Neftçi