Hikmət Hacıyev: "Bölgələrdə kikboksun inkişafı üçün əlimizdən gələni edirik"
"Bölgələrdə kikboksun inkişafı üçün əlimizdən gələni edirik".
Bu sözləri Sportline.az saytına açıqlamasında yeniyetmə və gənc kikboksçulardan ibarət milli komandamızın baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə kikboks idman növünün respublikamızda kütləviliyinə nail olmaq üçün müxtəlif bölgələrdə seminarlar keçirilib: "Ötən il ilk seminarımız İmişlidə oldu. Orada 300-ə yaxın idmançı iştirak etmişdi. 2-ci seminar isə Göyçayda oldu. 4 bölgədən 250-dən çox idmançı qatıldı seminara. Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə belə seminarlar bütün bölgələrimizdə keçiriləcək. Mən inanıram ki, bütün bunlar kikboksun daha da kütləvi hal almasına təkan verəcək".