Hikmət Hacıyev: "Məşqçilər idmançıları təhlükəsiz şəraitdə yetişdirməlidirlər"

"Məşqçilər idmançıları təhlükəsiz şəraitdə yetişdirməlidirlər".

Bunu Sportline.az saytına açıqlamasında yeniyetmə və gənc kikboksçulardan ibarət millimizin baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev deyib.

Təcrübəli mütəxəssis məşqçilərin təhlükəsizlik qaydalarına riayət etməsinin vacibliyini bildirib: "Bu yaxınlarda Sumqayıtda baş verən hadisənin təsirindən hələ də çıxa bilmirəm. Bu halın yaşanması həyəcan təbili oldu. Bütün idman aləmi artıq daha məsuliyyətli davranmağa məcburdur. Çünki, balaca idmançılar bizim gələcəyimizdir. Onlarla ehtiyatlı davranmaq lazımdır. Adi fəndi belə nümayiş etdirərkən məşqçilər diqqətli olmalıdırlar ki, belə pis acınacaqlı hadisələr yaşanmasın".