Honda "Neftçi"dən gedişinin səbəbini açıqladı
“Neftçi” ilə müqaviləm bitəndən sonra klub rəhbərliyindən yeni anlaşma təklifi aldım”.
Sportline.az xəbər verir ki, bunu “Neftçi”nin sabiq futbolçusu Keysuke Honda Litva mətbuatına müsahibəsində deyib.
Bu ilin martında keçdiyi “Neftçi” ilə 3 ay ərzində Azərbaycan çempionluğunu qazanan yaponiyalı ulduz futbolçu bu günlərdə “Suduva” ilə anlaşıb.
Honda “Neftçi”dən gedişinin səbəbini belə izah edib: “Həmin vaxt təklif aldığım tək klub “Neftçi” deyildi. Sadəcə, mən daim yeniliklər axtarışında oluram. Çempionlar Liqasında oynayacaqlarını bilirdim, amma mən beləyəm”.
Qeyd edək ki, Keysuke Honda Premyer Liqada keçirdiyi 7 oyunda 2 qol vurub.