Honda "Neftçi"ni müqayisə elədi

Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda Litvanın "Suduva" komandasına keçidinin səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bunun iki məsələ ilə bağlı olduğunu bildirib.

Təcrübəli oyunçunun sözlərinə görə, birinci səbəb "Suduva"dan gələn təklifin onun üçün yeni çağırış olmasıdır:

"İkincisi isə klubun iddiasıdır. "Suduva"nın da keçmiş komandam olan "Neftçi" kimi çempion olmaq şansı var".

Keysuke Honda "Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub. 35 yaşlı futbolçu ilə son ölkə çempionu ilə rəsmi müqavilə imzalayıb.

Sözləşmənin detalları açıqlanmayıb. Təcrübəli oyunçu yeni komandasında 3 nömrəli forma ilə çıxış edəcək.