Huysen "Real Madrid"ə transfer olmaq istəyir
"Bormunt"un ispaniyalı futbolçusu Deyan Huysen karyerasını "Real Madrid"də davam etdirmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Relevo" nəşri məlumat yayıb.
Oyunçunun xəyalı "Real Madrid"də oynamaqdır. Madrid klubu Huysen üçün "Bormunt"a 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 19 yaşlı futbolçu "Yuventus" yetirməsi sayılır. O bu mövsüm çıxış etdiyi 27 matçda rəqib qapılarından 2 top keçirib.
Gənc müdafiəçinin "Bormunt"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.