Huysenin transfer qiyməti açıqlanıb

"Bormunt" ispaniyalı futbolçusu Deyan Huysenin transfer qiymətini açıqlayıb.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Bormunt" Huysen üçün 50 milyon avro tələb edir. Bu futbolçunun sərbəst qalma məbləğidir.

19 yaşlı futbolçu ilə "Real Madrid" yaxından maraqlanır. Huysenin İngiltərə klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.