İbrahimoviç Çinə gedir?
"Mançester Yunayted"in ulduz futbolçusu Zlatan İbrahimoviç karyerasını Çində davam etdirə bilər. SportLine.az xəbər verir ki, bu barədə "Daily Mirror" xəbər yayıb.
Məlumatda "Superliqa" təmsilçilərindən "Quançjou Everqrand"ın isveçli ulduzun xidmətində maraqlı olduğu bildirilir.
Çin klubunun yay transfer pəncərəsində transferin reallaşmasını istəyir. Bunun üçün asiyalılar 75 milyon avro ödəməyə hazırdırlar.
Qeyd edək ki, İbrahimoviç ötən ildən "qırmızı şeytanlar"ın şərəfini qoruyur.