İbrahimoviç heyətdən kənarda qaldı

AVRO:2024-ün seçmə mərhələsində millimizin rəqibləri İsveç və Belçika komandaları bu gün üz-üzə gələcəklər.

Sportline.az xəbər verir ki, yenidən milli komandaya dəvət alan Zlatan İbrahimoviç start heyətindən kənarda qalıb.

İsveç millisinin baş məşqçisi Yanne Andersson bugünkü oyunda Olsen, Valkvist, Lindelöf, Ekdal, Aqustinson, İsak, Forsberq, Qustafson, Svanberq, Olsson və Kuluşevskiyə güvənəcək.