İbrahimoviçdən iddialı açıqlama

İsveç millisinin sabiq kapitanı Zlatan İbrahimoviç iddialı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, superforvard karyerasını başa vurmasaydı daha nələrə qadir olacağını bildirib.

"Sona 20 dəqiqə qalmış meydana çıxa bilərdim. Və bu 20 dəqiqə ərzində mövsümə 15-20 qol vurardım. Əlavə olaraq 10 qol da kubok oyunlarında. Bir sözlə hər oyunda cəmi 20 dəqiqə çıxışla mövsümə 30 qola imza atardım", deyə Zlatan "YouTube"dakı "First We Feast" kanalına açıqlamasında deyib.

Qeyd edək ki, 43 yaşlı isveçli karyerasını 2023-cü ilin iyununda bitirib.