İbrahimoviçdən şad xəbər

Bir müddətdir zədədən əziyyət çəkən “Milan”ın hücumçusu Zlatan İbrahimoviç sıraya dönüb.

Sportline.az "Footbal Italia"ya istinadən xəbər verir ki, 40 yaşlı forvard artıq komanda ilə məşqlərə başlayıb. O, A seriyasının 8-ci turunda “Verona”ya qarşı keçiriləcək oyunda iştirak edə bilər. Görüş oktyabrın 16-da olacaq.