Şəhriyar Məmmədyarov qələbə ilə başladı

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə İddiaçılar Turniri start götürəcək.

SportLine.az xəbər verir ki, 8 şahmatçının mübarizə aparacağı yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Hazırda 2809 xalla FİDE sırlamasında 2-ci pillədə qərarlaşan 33 yaşlı qrossmeyster turnirə reytinq favoriti kimi başlayacaq.

Qalib 14 turdan ibarət 2 dövrəlik mübarizənin yekununda müəyyənləşəcək.

Yarışın mükafat fondu 420 min avro təşkil edir.

Ş.Məmmədyarovun ilk rəqibi Rusiya şahmatçısı Sergey Karyakin olacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Qeyd edək ki, İddiaçılar Turnirinin qalibi dünya çempionluğu uğrunda görüşdə titulun sahibi norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.


İddiaçılar Turniri
Birinci dövrə

I tur, 10 mart

V.Kramnik – A.Qrişuk - 1:0

S.Karyakin – Ş.Məmmədyarov - 0:1

L.Aronyan – D.Liren - 0,5:0,5

F.Karuana – U.So - 1:0

Turnir cədvəli:

1. Şəhriyar Məmmədyarov - 1 (2809)
2. Vladimir Kramnik - 1 (2800) 
3. Fabiano Karuana - 1 (2784)
4. Levon Aronyan - 0,5 (2794)
5. Liren Dinq - 0,5 (2769)
6. Uesli So - 0 (2799)
7. Aleksandr Qrişuk - 0 (2767)
8. Sergey Karyakin - 0 (2763)