"İdman Akademiyası" Gürcüstana yola düşdü

 

Oktyabrın 24-ü və 25-də qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olacaq.

Sportline.az xəbər verir ki, Tbilisidə keçiriləcək qarşılaşmalarda Gürcüstanın “Olimpiya” kollektivi ilə Bakının “İdman Akademiyası” komandası üz-üzə gələcək.

Sabah yerli vaxtla 18:00-da başlanacaq görüşə “Olimpiya” nominal meydança sahibi kimi çıxacaq. Bu qarşılaşmanın idarəçiliyi hakimlər Famil Qasımovla Eldar Əmirova həvalə olunub.

Oktyabrın 26-da, start fiti yerli vaxtla saat 13:00-da səslənəcək görüşü isə gürcüstanlı hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, razılaşmaya əsasən, Azərbaycan çempionatında mübarizə aparan Gürcüstanın “Olimpiya” komandası, 20 oyundan 10-unu Bakıda, qalanlarını isə Tbilisidə keçirəcək.