"İdman Akademiyası" "Olimpiya" üzərində qələbəni son anda əldən verib
Oktyabrın 24-də qadın həndbolçuların Azərbaycan çempionatında bir oyun keçirilib.
Sportline.az xəbər verir ki, Tbilisidə təşkil olunan görüşdə Gürcüstanın “Olimpiya” kollektivi ilə Bakının “İdman Akademiyası” komandası üz-üzə gəlib. Hakimlər Famil Qasımovla Eldar Əmirovun idarə etdiyi oyunda qalib müəyyənləşməyib. Baxmayaraq ki, gərgin və maraqlı mübarizə ilə yadda qalan görüşdə “İdman Akademiyası” qələbəyə yaxın olub. Matçın sonlarında rəqibi bir xal qabaqlayan həndbolçularımız üstünlüyü qoruya bilməyiblər. Meydança sahiblərinin, final fitinə az qalmış yerinə yetirdiyi 7 çetrlik cərimə zərbəsi, matçın yekun nəticəsini rəsmiləşdirib – 24:24.
Komandalar bu gün yenidən qarşılaşacaqlar.
Xatırladaq ki, razılaşmaya əsasən, Azərbaycan çempionatında mübarizə aparan Gürcüstanın “Olimpiya” komandası, 20 oyundan 10-unu Bakıda, qalanlarını isə Tbilisidə keçirəcək.