İdmançılarımız beynəxlaq turnirə hazırlaşır

May 12-dən 16-adək Qazaxıstanın Aktobe şəhərində kəmər güləşi idman növü üzrə böyüklər arasında beynalxalq turnir keçiriləcək.

Sportline.az xəbər verir ki, ölkəmizi 62 kq çəkidə Hüseynov Ariz, 68 kq çəkidə Abdullayev Xəyyam, 77 kq çəkidə Həsənzadə Məhəmməd, 82 kq çəkidə Ağamayılov Röyal təmsil edəcək.

Bununla bağlı Azərbaycan Milli İdman Növləri Assosiasiyasında (AMİNA) idmançılarla görüş keçirilib. Motivasiyaedici söhbətlərdən və yarış barədə müzakirələrdən sonra AMİNA rəhbərliyi idmançılarımıza uğurlar arzulayıb.